Məktəbimiz “Əbədiyaşar liderˮ adlı tarix fənni yarışında birinci yerin qalibi olmuşdur.

      142 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, 8-ci siniflər arasında “Əbədiyaşar liderˮ adlı tarix fənni üzrə yarış keçirilmişdir. Yarışda Nardaran,Bilgəh və Maştağa məktəbləri iştirak etmişdir. Məktəbimiz yarışda tarix müəllimimiz Cəfərova Firuzə tərəfindən təşkil edilmiş, 8-ci sinif şagirdləri - Rzazadə Ağahüseyn ,Xəlilli Xədicə ,Əsgərzadə Nuray,Hüseyinov Hüseyn, Quliyev Hüseyn, Rəncibər Ayneldən ibarət  “Qarabağ Azərbaycandırˮ adlı komanda ilə təmsil olunmuşdur. Şagirdlər Ümumilli lider Heydər Əlİyevin həyatı və fəaliyyəti, 44 günlük vətən müharibəsi və 8-ci sinif Azərbaycan tarixi suallarına cavab verməklə 1-ci yerin qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi