Zəfər günü

8a sinfinin təşkilatçılığı ilə Zəfər günüˮnə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, şəhid anası, qazi də iştirak edib. Çıxış edən şagirdlər Azərbaycanın tarixi ərazisi, bu ərazinin parçalanması və ermənilərin köçürülməsindən başlamış torpaqlarımızın işğalına qədər baş vermiş tarixi prosesləri tədbirin tamaşaçıları olan 5-ci sinif şagirdlərinin diqqətinə çatdırıblar. Tədbirdə qeyd olunub ki, dahi lider H.Əliyevin dövründə zəfərin təməli qoyulub, ölkəmiz inkişaf edib. Müzəffər Ali baş komandan İ.Əliyevin dövründə də bu təməl inkişaf etdirilib. Zəfər tariximizə həsr olunmuş təqdimatla şanlı tariximiz yad edilib. Şagirdlər vətənpərvərlik ruhunda mahnılar, şeirlər səsləndirib, rəqs nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi