Uşaq hüquqları aylığı

Məktəbdə " Uşaq hüquqları" aylığı haqqında tədbir keçirilmişdir. Keçirilən tədbirdə məktəbin uşaq birliyi rəhbəri,psixoloqu,tarix müəllimi və 8-ci sinif şagirdləri iştirak etmişdir. Azərbaycan Respublikasının " Uşaq hüquqları" haqqında qanunu ilə əlaqədar keçirilən təlim və tədbirlər zamanı şagirdlərə Qanunun maddələri izah edilmiş,uşaqların hüquqları və vəzifələri onlara çatdırılmış,qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərinə düşən vəzifə onlara izah edilmişdir.