Maklatura

İndi yaşadığımız günləri qlobal problemlər dövrü adlandırırlar.Onlardan biridə ekoloji problemlərdir.Ekoloji problemlərin sərhəddi yoxdur.Müasir dövrdə ekoloji problemlər günü-gündən artır, insan sağlamlığına və gündəlik həyat tərzinə mənfi təsir göstərir.Əslində bu problemləri yaradan biz özümüzük.Ekologiyanı qorumaq lazımdır ki, yenidən sağlam və rahat həyat tələb edə bilək.Ekoloji problemlər ölkə iqtisadiyyatına da əhəmiyyətli dərəcədə təsir edir.Ekoloji problemlərin bərpası ölkə büdcəsinə əlavə xərclər ödəməyə məcbur edir. Ekoloji tarazlığı qorumaq üçün başlanğıc olaraq şagirdlərə məktəblərə məlumat verilməlidir.Təmizliyə istifadə olunan əşyalarına, daxili və xarici görnüşünə vdiqqət edilməsi lazım olan yerlərdən biri də məktəbdir.Şagirdlərin təhsil alıb gələcəyin savadlı vətəndaşı olacaqları bu yerdə onun strukturuna zərər verilməməlidir.Məktəb üçün təşkil olunacaq işlərdə hər kəs həmrəy olmalıdır.Bu prosesdə daha fəal iştirak etməlidir.Məktəbdə yaradılmış kampaniyalarda iştirak etməklə öz təxəyyüllərinin yaradıcı məhsullarındaan məktəb üçün sərf edə bilərlər.Məsələn bizim 2017-ci ilin yanvar ayında məktəbmizdə”Ekologiya iqtisadiyyat” mövzusu haqqında gördüyümüz işlər aşağıdakı kimi qiymətləndirilir.Təhsil müəssisələrində dəftərlər,istifadə müddətini başa vurmuş kitablar, oxunan qazetlər,jurnallar və tonlarla belə kağızlar istifadədən sonra zibilə atılır. İstifadə edilmiş kağız materiallarının təkrsr emalı milyonlarla ağacın,meşələrin məhv edilməsinin qarşısını alır.Bunu nəzərə alaraq biz məktəbmizdə xüsusi hazırlanmış zibil qutularını dahada maraqlı formada bəzəyərək üzərinə düşündürücü şüarlar yazmaqla belə bir kampaniyaya nail olmuşuq. Bundan başqa məktəbmizin texniki bazasında diqqət yetirməklə bəzi israfçılığın qarşısını almağa maksimum nail olmuşuq.Məsələn sinif otağında olarkən kompuyter istifadəsindən sonra onları elektirik xətlərindən ayırmaqla,işıq və istilik sistemlərini zərərverici və ciddi təhlükəyə səbəb olacaq əşyalardan qorumaqla, lazım olmadığı təqdirdə işıq lampalarını söndürməklə biz həm ekoloji baxımdan,həm də iqtisadiyyat baxımdan gəlir əldə edirik.Əlavə olaraq biz yanvar ayında bir sərgi keçirmişik.Əvvəlcədən siniflərə məlumat verilir ki, yanvar ayının 25 –də məktəbimizdə xüsusi sərgi təşkil olunacaq. Hər kəs istifadə müddətini başa vurmuş plastik materiallardan qələm,rəngli kağız, marker və sairədən xüsusi əşyalar hazırlayaraq iştirak edəcək.Qalib gələn sinif xüsusi mükafatlandırılacaq.Biz yanvar ayının 25-də həyata keçirdiyimiz bu sərgidə şagirdlərə istifadə müddətini başa vurmuş materiallardan səmərəli istifadə etmələrini öyrətməklə yanaşı həmdə ətraf mühitə zərər vurmamalarını öyrədirik.