Bilik günü

Bu gün 2023-2024-cü tədris ilinin ilk dərs günüdür. Məktəbə qədəm qoyan birincilər çox sevincli idilər.Məktəbin direktoru Mətanət Məmmədova çıxış edərək birincilərə uğurlar arzuladı, qalib ölkə olaraq xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə borclu olduğumuzu vurğuladı. Siniflərdə isə ilk dərs günü "Heyər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olundu.