STEAM təlimi

Məktəbimizin ibtidai sinif müəllimi Əliyeva Vüsalə və Türkiyədən Pinar İnce müəlliminin ortaq quruculuğu ilə qurulan layihə 10 Türk,1 Azərbaycanlı müəllimin iştirakından ibarətdir. Layihənin məqsədi öyrənməyə əsaslanan Steam yanaşması ilə şagirdlərin qarşılaşdıqları problemlərin öhdəsindən gələrkən fərqli düşünmə, həll axtarma, yaradıcılıq, yenilikçilik və sosial bacarıqları inkişaf etdirməyi, həmçinin öyrəndiklərini istifdəyə yararlı hala gətirməyi hədəfləməkdən ibarətdir .Fərqli fənlərin nailiyyətlərindən istifadə edərək gündəlik həyatdan təyin edəcəyimiz problemli vəziyyətləri həll etmələrini və prosesin sonunda orijinal məhsullar dizayn etmələrini gözləyirik.