"Azadlıq naminə" -devizi altında tədbir

255 nömrəli tam orta məktəbdə müəllim və şagird heyəti tərəfindən 20 Yanvar faciəsinin 27-ci il dönümü ilə əlaqədar divar qəzeti,faciəni əks etdirən rəsm işlərindən ibarət guşə yaradılmışdır.19 yanvar tarixində "Azadlıq naminə" adı altında tədbir keçirilmişdir.Tədbiri məktəbin direktoru Məmmədova Mətanət açmış,şagirdlərə tarixi,qəhrəmanlıq günlərimizi unutmamağı dönə-dönə tapşırmışdır.Şagirdlər həmin tarixi günü əks etdirən videorolikə baxdılar. Daha sonra tədbir vətənpərvər mahnılar,şagirdlərin çıxışları ilə davam etdi.Tədbirdən sonra isə məktəbimizin bir qrup şagird və müəllim heyəti 19 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhidlər xiyabanının xalqımızın müqəddəs and yeri, şərəf və qürur ünvanı olduğu şagirdlərə bir daha vurğulandı . Müstəqilliyimiz uğrunda şəhid olanların qarşısında baş əyilib,gül dəstələri qoyuldu.