20 Yanvar-qan yaddaşımız

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Odur ki, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, hörmətlə anılır. 20 Yanvar faciəsi elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. 20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı. Çünki 1990-cı ilin 20 yanvar tarixi bir gündən, bir aydan ibarət olan bir tarix deyildir. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri apardığı müstəqillik mübarizəsinin nəticəsi idi. Odur ki, sovet imperiyası Azərbaycanın müstəqillik əldə etməsinə heç cür razı ola bilmirdi, bunun qarşısını almaq üçün öz hərb maşınını bütün gücü ilə işə salmalı oldu. Bakıda 20 Yanvar hadisəsi törədildi. …O vaxtdan düz 27 il keçir. 20 Yanvar faciəsi məktəbimizin 4e və 5c sinif şagirdləri tərəfindən yad edildi...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi