"Dəyərlərimiz bədii ədəbiyyatda"

Təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək,şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin" tədbirlər planına əsasən məktəbin kitabxanasında "Dəyərlərimiz bədii ədəbiyyatda" adlı dəyirmi masa keçirildi. Şagirdlər həmçinin xalqımızın adət-ənənələrinin əks olunduğu kitab və bədii məqalələrdən ibarət guşələrlə də tanış oldu.