255 nömrəli tam orta məktəbdə tərbiyə işinin təkmilləşdirilməsi ilə bağlı ekskursiya

“Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi” ilə əlaqədar fəaliyyət planında muzeylərə, tarixi əhəmiyyətli yerlərə ekskursiyaların təşkil olunması nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq Bakı şəhəri 255 nömrəli tam orta məktəbin valideyn və müəllim kollektivi aprelin 18-də "Qobustan Dövlət–Tarix Bədii Qoruğu" na ekskursiya etmişdir.Ekskursiya zamanı Qobustan qoruğunda 1000 qaya üzərində 6000- dan artıq qayaüstü təsvir, 40-dan çox kurqan və 20-ə yaxın qədim yaşayış məskəni 105000 maddi mədəniyyət əşyaları şagirdlərin marağına səbəb olmuşdur.Qeyd edək ki, 255 nömrəli tam orta məktəbin müəllim kollektivi şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və inkişafının dəstəklənməsi sahəsində silsilə tədbirləri davam etdirməkdədir.