Qanlı "20 Yanvar"

Məktəbimizdə müəllimlər və şagirdlərimiz ilə birgə Azərbaycan tarixinin ən ağrılı səhifəsi olan 20 Yanvar faciəsinin 33-ci ildönümünə həsr olunmuş “20 Yanvar ” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları 20 Yanvar şəhidlərini və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən igidlərin- I və II Qarabağ müharibəsi qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla ehtiramla yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan məktəbimizin tarix müəllimi Məmmədova Kamilə 33 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos, xalqın apardığı azadlıq mübarizəsi, Qarabağ zəfəri barədə ətraflı söz açıb.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkənin paytaxtı Bakıda baş verən qanlı qətlyamı, onun dəhşətli nəticələrini, yüzlərlə günahsız insanın gülləbəran edildiyini xatırlatan müəlliməmiz 20 Yanvar faciəsini 2020-ci ilin 10 noyabr - Zəfər gününə gedən yolun başlanğıcı kimi dəyərləndirib. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış tarixidir. O, çıxışında Ermənipərəst sovet rəhbəri M.Qorbaçovun Qarabağı asanlıqla ermənilərə hədiyyə etmək üçün SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdırdığı və ciddi nəzarət altında saxlatdığı dünya şöhrətli siyasət və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksəlmiş dahi şəxsiyyət Heydər Əliyevin bütün maneələri aşaraq faciənin səhərisi gün Moskvada bir parça Azərbaycan sayılan resbublikamızın Daimi Nümayəndəliyinə gəlməsini, dərin hüzn içərisində xalqımıza başsağlığı verməsini böyük vətənpərvərlik nümunəsi adlandırıb.

Konfransda Həmçinin məktəbimizin azərbaycan dili və adəbiyyat müəllimi Məmmədova Leyla və digər tarix müəllimi Abdullayev Samiq də iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi