Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa

Dekabrın 12-də məktəbimizdə ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə dəyirmi masa keçirildi. İlk öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbimizin tarix müəllimi Quliyeva Şəhla Ümummilli liderimiz haqqında məruzə ilə çıxış etdi.O, ümummilli liderimizin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən, ulu öndərin rəhbərliyi ilə ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin ürəkaçan nəticələrindən danışdı. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini, xalqımızın xoşbəxt gələcəyi naminə durmadan çalışdığını vurğuladı.