Onların gülüşü bizim istirahətimizdir

4-cü,2-ci sinif və məktəbəqədər qrupların səbrsizliklə gözlədiyi gün gəlib çatmışdı.Hər birinin gözlərində maraq,sevinc,həvəs dolu baxışlar var idi.Nəhayət avtobuslarımız Megafun əyləncə mərkəzinə çatdı.Hər birinin səsində sevinc duyulurdu.Şagirdlər ilk öncə tamaşaya baxdı.Sonra isə atraksionlarda əylənməyə başladılar.Sonda isə keçirdikləri gözəl,yadda qalan və əyləncəli gün üçün direktor Mətanət xanıma və müəllimlərinə təşəkkür etdilər.