"Sağlam ailə"

İnsan birliyinin ilkin formalarından biri olan ailə özündə bilavasitə fərdi və kollektiv başlanğıcları birləşdirir, bununlada sosial idealların və davranışın meyarının mənbəyi kimi çıxış edir. Ailə uşağın dünyagörüşünü formalaşdırır, onun əxlaqının, mənəvi aləminin sosial mədəni özəyini yaradır. O, tarixi ənənələrin vacib ünsürlərindən biri olaraq, yeni nəsildə şüur stereotipləri, davranış və hərəkət qaydaları haqqında təsəvvürlər yaradır, sosial təcrübəni nəsildən nəsilə ötürür.Böyük şair, mütəfəkkir N.Gəncəvi ailənin cəmiyyətdə rolunu yüksək qiymətləndirirdi; onun məişət-istehlak və tərbiyəvifunksiyasından bəhs edən şair eyni zamanda insanlarda yüksək əxlaqi, ümumbəşəri keyfiyyətlərin aşılanması yollarını axtarıb göstərmişdir. Nizami öz əsərlərində həm də cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirmişdir.Məktəbimizdə "Sağlam ailə" şüari adı altında tədbir keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi