Taekvondo üzrə Respublika çempionatı

          Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə Respublika çempionatı və birinciliyində 255 nömrəli tam orta məktəbin 9"d" sinif şagirdi Quliyeva Səlimə və 8"ə" sinif şagirdi Aslanova Zemfira iştirak etmişdir. Gənclər arasında Respublika birinciliyində yarışın ikinci  günü Aslanova  Zemfira 51 kq qızlar arasında yalnız final mərhələsində üstünlüyü əldən verərək Respublika birinciliyinin gümüş medalına layiq görülmüşdür.Qeyd edək ki,Aslanova Zemfira ötən ilin Respublika birinciliyində bütün rəqiblərini məğlub edərək yarışın qalibi olmuşdu.Yarışın üçüncü  günü  isə Quliyeva Səlimə 44 kq qızlar arasında 4 döyüşlə bütün rəqiblərinə qalib gələrək Respublika birinciliyinin qızıl medalına sahib olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi