15 Sentyabr-Bilik günü

15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür. 2004-cü il avqustun 21-də İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr "Bilik günü" elan edilir.Bilik günü-ilk zəng,ilk həyəcan,hər tərəfdə gül-çiçək və ağ lentlər və təbii ki,adəti üzrə,sülh,birlik haqqında dərslər.Bu gün,məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür..15 sentyabr-ilk öncə şagirdlər,tələbələr,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığıni qeyd etdikləri bayram günüdürAdəti üzrə bu gün,məktəblərdə dərs ilinin başlanmasına həsr olnumuş təntənəli mərasimlər keçirilir.Xüsusi qayğı və məmnuniyyətlə,təntənəli şəkildə birinciləri qarşılayırlar.Bizim məktəbdə bu günku günə xususi hazırlaşıb.Hamıdan çox sevinən isə birincilərimizdir.Onların üzündəki,gülüşü,rəbbəsümü,həyacanı,sevinci heç nə ilə əvəz etmək mümkün deyil…Məktəbimizin direktoru Mətanət müəllimədə birincilərimizi təbrik etdi ,dərslərində müvəffəqiyyətlər arzuladı.15 sentyabr bütün şagird və tələbələr və həmçinin onların valideynləri üçün bayram günüdür.Biz,azadqadın kollektivi olaraq,bu il məktəbə başlayan birinciləri,eləcə də bütün şagird və tələbələri,onların valideynlərini ,müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri bu gözəl bayram münasibətilə təbrik edirik və onlara tədris müəssisələrində öyrədilənlərlə yanaşı,həyatın öyrətdiyi Kamillik elminə də yiyələnmələrini arzulayırıq.Ümid edirik bu gün,sizlər üçün unudulmazlar sırasına öz xoş təəssüratları ilə həkk olunacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi