II b sinfində keçirilən Bilik yarışması
Bilik xəzinədir. Elm, bilik o qədər həzz mənbəyidir ki, o insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilər. Öyrənilməsi lazım olanlar həddindən artıq çox, insan həyatı isə olduqca qısadır. Biliksiz həyat həyat deyil. O adam məharətlidir ki, çox əziyyət çəkmədən elmə yiyələnir. Çox şeyi başqalarından öyrənir,hamının müdrikliyindən və qabiliyyətindən bəhrələnir. Yaşayaraq əldə edilən bilik daş üzərinə həkkedilmiş yazıdır. Biz elmi-texniki tərəqqi əsrində yaşayırıq. Bu əsr elə bir əsrdir ki, bu zamanda cəmiyyətin inkişaf templəri, onun iqtisadi inkişafı birbaşa olaraq bilik və elmdən asılıdır. Bilik bir gücdür. Elm öyrənmək böyük bir zəhmətdir. J.J.Russo demişdir: "Döyüşdə silah lazım ol-duğu kimi, həyatda da bilik lazımdır."Məktəbimizin ibtidai sinif müəllimi Hüseynova Lalə II b sinfində şagirdlər arasında bilik yarışması keçirdi və yarişmada qalib olanları fəxri fərmanla təltif etdi.