Ayrılıq nəğməsidir "SON ZƏNG".

Hər başlanğıcın bir sonluğu var. Bu, təbiətin inkarolunmaz qanunudur. Bütünsonluqlar başqa bir yolun başlanğıcına aparır. Amma nədənsə, "son zəng” sədasındasanki bir nisgil, bir hüznlük hiss olunur. Çünki bu bizləri pərvazlandırıb arzuqanadlarında uçurmağa hazır olan doğma bir varlığın fəryadından başqa bir şeydeyil. Elə ona görə də hər dəfə "son zəng”in sədaları eşidiləndə qəlbimizəsonsuz bir kədər çökür. Bəlkə də qayğısız uşaqlıq illərinin hönkürtüsüdür "son zəng”?Məktəbli olmaq uşaqların ən böyük arzularındandır. İlk zəngin sevincli anları illərkeçdikcə addım-addım şagird ömrünün sonuncu zənginə gəlib çatır. Bu iki zənginarasından on bir illik məsafə gəlib keçir. Məktəbli ömrünün sonuncu zəngiçalınır. Bütün şagirdlərin gözlərindən daxili sevinclə yanaşı, gizli bir kədərdə oxunur. "Son zəng”in sədaları yüzlərlə yaddaqalan hadisələri, sevincliçağları, xoşbəxt günləri bir anın içərisində həzin xatirəyə çevirib,yaddaşımızda əbədi həkk edir."Kədərlə sevinc qoşa yaranıb” deyirlər. "Son zəng”in kədəri şagirdləri qayğısız məktəbillərindən ayırsa da, yeni bir həyata səsləyir.İyunun 14-də məktəbimizdə "Son zəng"tədbiri keçirildi.Direktorumuz Məmmədova Mətanət XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib,onlara yeni-yeni nailliyətlər arzuladı.