Direktorumuz Məmmədova Mətanət şagirdlərimizi Fəxri Fərmanla təltif etdi.

Dahi Azərbaycan şairi Seyid Əzim Şirvani belə deyib. Bəli, təhsil bizim gələcəyimizdir, ölkəmizi dünyaya tanıtmaq üçün bilik, savaddır. Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir.Müəllimlərimiz sayəsində şagirdlərimiz bir cox nailliyətlərə imza atıblar.Şagirdlərimiz dərslərində yaxşı oxumaqla bərabər ,məktəbin ictimai işlərində də fəal iştirak ediblər.Bu münasibətlə direktorumuz Məmmədova Mətanət şagirdlərimizi Fəxri Fərmanla təltif edib,onlara gələcəkdə bundan da yuksək yerləri tutmağı tövsiyyə edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi