Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş çempionat

İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik. İdman cəmiyyət üçün ən vacib sahədir. İdmanla məşğul olan hər bir insan, hətta adi bədən tərbiyəsi ilə məşğul olan hər kəs tamam sağlam olur. Sağlam olmaq üçün həkimə müraciət etmək, dava-dərman qəbul etmək, iynə vurdurmaq lazım deyildir. Sadəcə, hər gün idmanla məşğul olun. Mən bir dəfə demişəm, yenə deyirəm: mən gənc vaxtlarımdan idmanı sevmişəm, idmanla məşğul olmuşam, bu gün də məşğul oluram. Ona görə də görürsünüz, sizin qabağınızda belə dayanmışam. Ona görə hamınızı idmanla məşğul olmağa dəvət edirəm. Özü də burada gənclərin öz yeri, orta nəslin, yaşlı nəslin də öz yeri var.Məktəbimizin şagirdi İsgəndərov Rüstəm Ulu Öndər Heydər Əlıiyevin xatirəsinə həsr olunmuş X Azərbaycan birinciliyində bacarıq göstərərək6-8 yaş arasında 24-26 kq dərəcəsində üçüncü yerə layiq görülmüşdür.