Məktəbimizdə 1c və 1 ç siniflərinin əlifba bayrami keçirildi

“Əlifba bayramı” hər bir uşağın həyatında əlamətdar bir hadisədir. Birincilər bu gün həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar.Bu bayramın keçirilməsi məktəbimizdə mühüm bir hadisədir. “Əlifba bayramı”nın qeyd edilməsi məktəbimizdə gözəl bir ənənəyə çevrilib. Biz birincilərin birinci dəfə səhnədə tamaşaçılar qarşısında çıxışlarının şahidi olduq.Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər. Valideynlərə övladlarının böyük auditoriya qarşısında çıxışına tamaşa etmək çox xoş idi.Bayram çox təntənəli və maraqlı keçdi. Uşaqlar oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi