Məktəbimizin 6 -cı sinif şagirdləri Azərbaycan Mülki Aviasiya muzeyi ilə tanış oldular.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Mülki Aviasiya Muzeyi - 2005-ci ilin aprel ayında yaradılmış muzey.Muzeyin yaradılması təşəbbüsü ilə prezident Heydər Əliyev çıxış etmişdir. O, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirmişdir.Qısa müddətdə muzeyin ən müasir standartlara uyğun yeni binasının inşası, onun fondunun əsasını təşkil edən sənədlərin toplanması, əşyaların uçot işinin təşkili və onların nümayişi üçün yararlı vəziyyətə salınması, eksponatların xronoloji ardıcıllıqla müasir bədii üslubda tərtibi və sair işlər həyata keçirilmişdir. Bu günə qədər muzeydə toplanan əşyaların sayı 6500-dən yuxarıdır. Bunların arasında materiallar, kitablar, aviatorlara məxsus geyimlər, onlara yubileylərində hədiyyə olunan əşyalar vardır.Bu sənədlər və materiallar Azərbaycan Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi, Azərbaycan Tarixi Muzeyi, Dövlət Kino-Foto Sənədlər Arxivi, Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan Dövlət Teleradio Qapalı Səhmdar Cəmiyyəti, M.F.Axundov adına Milli Kitabxana, "Azərbaycan Hava Yolları" Dövlət Konserni və Azərbaycanın hüdudlarından kənarda olan ölkələrin arxivlərindən əldə edilmişdir.Muzeyin fonduna Azərbaycan mülki aviasiyasının yaranmasında və inkişafında xidmətləri olan təyyarəçilərin ailə üzvləri tərəfindən bir çox sənədlər, əşyalar hədiyyə olaraq verilmişdir.Muzeydə mülki aviasiya tarixini əks etdirən 100-dən çox film vardır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi