"Mənim ailəm" adlı slayd-şou tədbirində məktəbimizin şagirdi iştirak etdi.

Hər bir ailə kiçik dövlətdir. Bu dövlət ailə üzvlərindən ibarətdir. Bu insanlar hər gün eyni mənzilə gəlir, bir qapıdan içəri girir, birlikdə yaşayır, sevinc və kədərlərini bir-birləri ilə bölüşürlər. Onlar bir yerdə yeyir, şirin söhbət edir, əylənirlər. Kimdir onlar? Əlbəttə, baba, nənə, ata, ana və uşaqlar. Ailədə hər kəsin öz yeri, öz hüququ var. Valideynlər uşaqlara qayğı göstərir, onları tərbiyəli, sağlam, vətənə layiqli övlad kimi böyüdürlər. Uşaqları boya-başa çatdırmaq üçün ata və ana çox zəhmət çəkirlər. Uşaqlar həmişə valideynlərinin zəhmətini qiymətləndirməli, onların nəsihətlərinə qulaq asmalı, ailənin qayda və qanunlarına əməl etməlidirlər.Türk əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA)"Ailə dəyərlərinin inkişafına dəstək"proqram daxilində "Aydınlığa doğru"milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi ilə birgə icra edilən "Ailə Akademiyası"layihəsi çərçivəsində keçirilən "Mənim ailəm"slayd-şou müsabiqəsi keçirildi.Həmin müsabiqədə məktəbimizin VIII sinif şagirdi Atakişiyeva Sevil də iştirak etdi.İştirakına görə isə təşəkkürnamə ilə təltif edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi