"Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında".

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında" XIII Şagird-Tələbə Elmi Konfransının Materiallarında məktəbimizin 11 a sinif şagirdi Kamil Novruzovun məqaləsidə yer almışdır.Həmin Konfransın iştirakçısı olduğuna görə şagirdimiz Sertifikatla təltif olunmuşdur.Müasir Azərbaycan Ulu öndər H.Əliyev ideyaları işığında Ümummulli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikası Presidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkəmizdə güclü inkişaf müşahidə olunur və Azərbaycan inkişaf dinamikasına görə dünya ölkələri sırasında öndə gedir. Azərbaycan inkişaf tarixinin son 40 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş rabitənin,elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyev,hətta ağır şəraitdə belə,informasiya-kimmunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirməyə imkan tapır və bu sahədə inkişafa nail olmaq üçün daim səylər göstərirdi.Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin,”Baksell”və “Azərsell”birgə müəssisələrinin yaradılması ilə ölkəmizdə mobil rabitənin inkişafının əsası qoyulmuşdu.İlk beynəlxalq telefon stansiyasının yaradılması Heydər Əliyevin bu istiqamətdə atdığı vacib addımlar idi. Azərbaycan İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu gündə Azərbaycan İKT sahəsindəki fəaliyyəti məhz ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir .XXI əsrdə qloballaşan ,daim irəliyə-yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları-internet,yüksək texnologiyalar və qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil.Novruzov Kamil 255 saylı tam orta məktəb Elmi rəhbər:Əhmədova Vəfa
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi