Ümummilli liderimiz Heydər Əliyevin93 illiyi və Gül bayramı münasibətilə məktəbimizdə abadlıq və yaşıllaşdırma işləri aparıldı

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolu vardır. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır.Azərbaycan xalqının qəlbində özünə əbədi yer tapan milli liderimiz, böyük Azərbaycanlı Heydər Əliyevin anadan olmasından 93 il ötür. Bu məqsədlə ölkəmizin hər yerində, o cümlədən dünya azərbaycanlılarının yaşadığı hər bir ölkədə silsilə tədbirlər keçirilir.Dünya şöhrətli liderimiz Heydər Əliyevin anadan olduğu bir gün – 10 may tarixi qədirbilən xalqımız tərəfindən möhtəşəm bir bayram – Gül bayramı kimi qeyd olunur. Müdriklik və uzaqgörənliklə məmləkətimizi gülüstana çevirən ümummili lider Heydər Əliyevin doğum günü və Gül bayramı münasibəti ilə ölkəmizin hər yerində geniş abadlıq və yaşıllaşdırma işləri görülür. Görülən bütün işlərdə təhsil müəssisələrinin əhəmiyyətli payı vardır. Məktəbimizdə də Gül bayramı ilə bağlı abadlaşdırılma və yaşıllaşdırılma işləri aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi