Məktəbimizin şagirdləri Bayraq meydanında

Muzey Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunmuş və bu 2010-cu il sentyabrın 1-də Azərbaycanın paytaxtı Bakı şəhərində təntənəli açılış mərasimi keçirilmiş Dövlət Bayrağı Meydanında yaradılmışdır.Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.Azərbaycanlı memar və dizaynerlərinin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunur. Orada həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşüraları da vardır. Muzeydə poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, nümayiş etdirilir.Məktəbimizin ingilis dili müəllimi Rüstəmova Gülşən şagirdləri ilə Bayraq meydanına ekskursiya etdilər...Şagirdləri muzeylə bağlı maraqlı məlumatlarla bilgiləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi