Şagirdlərimizin xalça muzeyinə ekskursiyası

    “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların  hüquqlarının tanınması və qorunması istiqamətində bir çox işlərə imza atır.İctimai birlik uşaq və yeniyetmələrin asudə vaxtının yeni məzmunda təşkili, dünya görüşünün  genişləndirilməsi, intellektual inkişafı sahəsində tədbirlər həyata keçirir.Bununla bağlı məktəbimizin bir çox şagirdləri xalça muzeyində oldular.Azərbaycan Milli xalça muzeyində qədim tariximizi əks etdirən mədəni irsimizin çox qiymətli nümunələri toplanmışdır.Yeniyetmələrin bu muzeylə tanışlığı onların estetik görüşlərinin formalaşmasına pozitiv təsir göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi