12 Mart mart tarixində 1"ə" sinfində Azərbaycan dili fənnindən "Novruz bayramı " mövzusunda açıq dərs keçirildi.

Açıq dərsdə məktəbin direktoru Məmmədova Mətanət ,ibtidai siniflərin metodbirləşmə sədri İsmayılova Zülfiyyə ,ibtidai sinif müəllimi Lalə Hüseynova və bir neçə valideyn iştirak etmişdir. Dərsi 255№li məkt ibtidai sinif müəllimi Sadıqzadə Xanım açmış və 1 "ə" sinfinin şagirdləri qonaqları salamlamışlar. Dərs Activeİnspire proqramında yığılmışdı.Açıq dərsdə promethean lövhədən,web 2 texnologiyasından,elektron resurslardan,oxuyuruq.biz saytından da istifadə olunmuşdur. Açıq dərsdə şagirdlər Novruz adət -ənənələri ilə bağlı interaktiv tapşırıqlar yerinə yetirmişlər.Şagirdlər qrup işləri yerinə yetirmiş ,rollu oyun oynamış ,"Novruz bayramı"na aid tapmacalar demiş,mahnı oxumuş və rəqs etmişlər. Sonda məktəbin direktoru Məmmədova Mətanət şagirdləri qarşıdan gələn "Novruz bayramı" münasibətilə təbrik etmiş və açıq dərs müzakirə olunmuşdur.