UŞAQ HÜQUQLARI AYLIĞI

Məktəbimizdə “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Uşaqların müdafiəsi və inkişafının qorunmasının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin(Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən olduğunu nəzərə alaraq, Ombudsman tərəfindən hər il olduğu kimi 2023-cü ildə də həmin Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20oktyabr-20noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilmişdir.

22 noyabr 2023-cü il tarixdə məktəbin psixoloqları R. Rəfiyeva, İ. Ağayeva  və UBR-i Ə. İsmayılovanın təşkilatçılığı ilə Uşaq hüquqları aylığı ilə bağlı 3ç sinif şagirdlərinin iştirakı ilə "Uşaq hüquqları" adlı maarifləndirici görüş keçirildi. Görüşdə uşaq hüquqları haqqında şagirdlərə ətraflı məlumat verildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi