“Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsi qaliblərinin təltifi

14 noyabr 2023-cü il tarixində Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında 8 noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsi qaliblərinin təltifi və yekun konserti keçirildi. Qeyd edək ki, məktəbimizi 5a sinif şagirdi Qəhrəmanlı Ramal təmsil etmiş və mahnı nominasiyası üzrə II yerə layiq görülmüşdür. Tədbirdə Elm və Təhsil Nazirliyi Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin Baş məsləhətçisi Maral Salmanova, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə xanım, şəhid İzzət Həmidovun anası Vəfa xanım, qazi Faiq Bədəlov, Əlimusa İsmayılov, Qalib Talıbov, Əsgərov Ramil, Ersun Vəliyev, Elçin Qasımov və digər qonaqlar iştirak edirdi. Sonda müsabiqə qaliblərinin ifasında vətənpərvər mahnılar və şeirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi