“8 noyabr Zəfər Günü” münasibəti ilə sərgi

“8 noyabr Zəfər Günü” münasibəti ilə 07 noyabr 2023-cü il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət Sarayının həyətində və foyesində rayonda fəaliyyət göstərən məktəb, uşaq bağçası, uşaq incəsənət məktəblərinin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Təşkil olunmuş sərgidə məktəbimizin şagirdlərinin əl işləri də nümayiş olunmuşdur. Foyedə həmçinin Qaradağ rayonundan olan şəhidlərin fotosərgisi nümayiş olunmuşdur. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, YAP Qaradağ Rayon Təşkilatının sədri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edərək sərgiyə baxış keçirmişlər. Sərgidə 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin canlı rəsm sərgisi nümayiş edildi. Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin məktəbliləri şerlər söylədilər, rəqs etdilər, nəğmələr səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi