Qaradağ rayon Komitəsinin sədri Zümrüd Rzayevanın təşkilatçılığı ilə Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir.

04.11.2023 cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon Komitəsinin sədri Zümrüd Rzayevanın təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev parkında Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Qaradağ rayonu Heydər Əliyev Mərkəzində davam etmişdir. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısının müavini T.İsmayılova, Milli Məclisin deputatı S.Xasayeva, ATİAHİ Qaradağ rayon Komitəsinin sədri Zümrüd Rzayeva və digər qonaqlar çıxış etdilər. ATİAHİ Qaradağ rayon Komitəsinin sədri Zümrüd Rzayeva qazi və şəhid ailələrini daim diqqət mərkəzində saxlayır, onlara lazımi dəstək göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi