"Uşaqları qoruyaq"

Məktəbimizdə  “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir. 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində 01.11.2023-cü il tarixində tarix müəllimi M. Bədəlovanın təşkilatçılığı ilə 8c  sinif şagirdləri  "Uşaqları qoruyaq" mövzusunda maarfiləndirici tədbir  təşkil etdilər. Tədbirdə  şagirdlər uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verdilər. Sonra videoslayd nümayiş olundu, uşaqların çıxışları dinlənildi, kiçik səhnəciklər tədbir iştirakçılarına təqdim olundu.

Tədbirdə məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən A. Niftəliyeva, sinif rəhbəri S. Əliyeva, məktəbin psixoloqları İ. Ağayeva, R. Rəfiyeva, UBR Ə. İsmayılova, biologiya müəllimi M. Əliyeva , ingilis dili müəllimi M. Xasməmmədova, tarix müəllimi Y. Səmədova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi