Reproduktiv sağlamlıq- VIII sinfin valideynləri ilə görüş

Ümumtəhsil müəssisələrinin Vlll-lX sinif şagirdləri arasında Reproduktiv sağlamlıq mövzusunda məşğələlərin keçirilməsinə start verilib.

20.10.2023-cü il tarixində Vlll sinfin valideynləri ilə məktəbin psixoloqları R. Rəfiyeva və İ. Ağayeva tərəfindən ilk görüş keçirildi. Görüşün məqsədi cinsi yetişkənlik dövrünə qədəm qoymuş uşaqların labüd problemləri barədə məsləhətləşmələr aparmaqdan ibarətdir. Valideynlərlə

"Valideynlər və onların övladları yeniyetməlik dövrü böhranını necə qarşılamalıdırlar? Bu böhran zamanı münasibətləri, qarşılıqlı anlaşmanı və inamı necə qorumaq lazımdır?" mövzusunda müzakirələr aparıldı. Sonda fəallıq prinsipindən istifadə edərək valideynlər qruplara bölünüb xoşbəxtliyin, sağlamlığın, möhkəm ailənin reseptini hazırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi