"İmtahan həyəcanı və onun aradan qaldırılması - imtahana psixoloji hazırlıq”

"İmtahan həyəcanı və onun aradan qaldırılması - imtahana psixoloji hazırlıq” mövzusunda şagirdlərlə psixomaarifləndirici söhbət aparılıb.

     13 aprel 2023-cü il tarixində məktəbimizin psixoloqları Rəna Rəfiyeva və İlahə Ağayeva imtahan həyəcanı aşkarlanan IX sinif şagirdləri ilə imtahan qabağı psixoloji söhbət apardılar. Əvvəlcə ‘‘Romb testi‘‘ vasitəsi ilə şagirdlərin imtahan haqqında fikirləri müəyyən olundu.

    Psixoprofilaktik və maarifləndirici iş aparmaqda məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress halları aşkarlanan şagirdlərə psixoloji dəstək göstərməkdən ibarətdir.

    Psixoloqlar imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı şagirdlərə məlumat verib, imtahan həyəcanı hissinin təbii hal olduğunu, lakin normadan yüksək həyəcanın insanlarda gərginlik ,psixoloji stress yaradacağını və uğur qazanmalarına maneə olacağını da nəzərə çatdırıblar. Bu səbəbdən, psixoloqlar həyəcan hissinin minimuma endirilməsi, onun düzgün şəkildə idarə edilməsi və aradan qaldırılması ilə bağlı şagirdlərə psixoloji tövsiyələr veriblər. Sonda şagirdlərin mövzu barədə fikirləri dinlənilib və onlara uğurlar arzu edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi