31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, insanlıq tarixinin ən dəhşətli faciələrindən birinin yaşandığı gündür. Məhz 105 il bundan əvvəl erməni millətçilərinin rəhbərliyi ilə daşnak - bolşevik silahlı dəstələri tərəfindən xalqımıza qarşı kütləvi soyqırım həyata keçirilmişdir. 12 min nəfərdən artıq azərbaycanlının öldürülməsi tarixə misli görünməmiş soyqırım cinayəti olaraq düşmüşdür. Bakıda, Qubada, Qarabağda, İrəvanda, Zəngəzurda, Naxçıvanda, Şamaxıda eləcə də azərbaycanlıların yaşadığı ayrı-ayrı şəhər və rayonlarda günahsız həmvətənlilərimiz öldürülmüş, evlər, binalar, ibadətgahlar yandırılaraq, talan edilmişdir. Erməni vəhşilərinin törətdiyi bu cinayət əməlinin mahiyyəti xalqımızın bir millət olaraq tarixdən silinməsindən ibarət olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən baş vermiş faciəyə qiymət verilmiş və 26 mart 1998-ci il tarixli Fərmanla 31 Mart tarixi Azərbaycanlıların Soyqırım Günü elan edilmişdir. Soyqırım qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anır, Allahdan rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi