İdmançıların yarışa hazırlığının psixoloji yanaşması

"5 mart-Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində 27 fevral-4 mart 2023-ci il tarixlərində ümumtəhsil məktəblərində idman həftəsinin keçirilməsi layihəsi çərçivəsində psixoloqlar İlahə Ağayeva və Rəna Rəfiyeva "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda məktəbin idmanla məşğul olan, idman yarışlarında iştirak edən şagirdlərinin yarışlara hazırlığının psixoloji yanaşmasını təmin etmək məqsədilə şagirdlərlə maarifləndirici söhbətlər təşkil etmişdir. Məktəbimizin psixoloqları öz çıxışlarında psixoloji hazırlığın uğurun əsas hissəsini təşkil etdiyini vurğulamışdırlar. Eyni zamanda idmanla məşğul olmağın yeniyetmələrin həyatında mühüm rol oynadığını, həm qələbə, həm də məğlubiyyətin birbaşa psixoloji faktorla bağlı olan məsələ olduğunu, yarış zamanı idmançıya psixoloji dəstəyin vacib şərt olduğunu qeyd ediblər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi