Reproduktiv sağlamlıqla bağlı maarifləndirici iş

 

  Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində hazırlanan seminar təşkil olunmuşdur. Məktəbin akt zalında təşkil olunmuş seminarda VI sinif şagirdləri iştirak etdi. Məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verilir.

Seminarda psixoloqlar İlahə Ağayeva, Rəna Rəfiyeva , UBR Əsmər İsmayılova iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi