İngilis dili fənnindən açıq dərs keçirildi

Məktəbin İngilis dili müəllimi N.Məmmədova "Musiqi" mövzusundan açıq dərs verdi. VII Ç sinifi ilə keçirilən açıq dərsdə milli musiqi ilə yanaşı xarici musiqidən də bəhs olundu. Azərbaycanın korifeyləri, eləcədə bir sıra xarici ölkələrin korifey sənətçiləri haqqında ətraflı və maraqlı diskusiyalar aparıldı. Şərqin ilk bəstəkar xanımı Şəfiqə Axundova, dahi bəstəkar Üzeyir Hacıbəyov haqqında da uşaqlar öz biliklərini müəllimlə paylaşdılar. Evrovizion yarışması ərəfəsində keçirilən bu dərsdə, Azərbaycandan qatılan müğənnilərdən də geniş və əhatəli bəhs olundu. Sözsüz ki musiqi dedikdə muğamımızı yadan şıxarmadılar. Alim Qasımovun gözəl bir ifası ilə uşaqlar və eləcə də müəllimlər feyziyab oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi