"Kitabdan yaxşı dost yoxdur " adlı açıq dərs

11 dekabr 2015-ci ildə Rusiya İnformasiya Mədəniyyəti mərkəzinin əməkdaşlarının iştirakı ilə Nizami rayonu 250 saylı məktəbdə “2015-ci ilin yubilyar kitabları və yazıçıları” proyekti üzrə “Kitabdan yaxşı dost yoxdur” adlı açıq dərs keçirildi. Dərsi məktəbin rus dili və ədəbiyyat müəllimi Sima Əliyeva apardı. Dərs məktəbin 8-ci sinfində keçirildi. “Əlahəzrət kitabın tərcümeyi-halı” sərlövhəsi şagirdlər və qonaqlar tərəfindən maraqla izləndi. Şagirdlər lap qədim zamanlardan bu günə kimi kitabın keçdiyi yoldan danışdılar, onun insan həyatında əvəzsiz rolu haqqında fikirlərini söylədilər. Şagirdlər ölkəmizin “Qırmızı kitabdan”, “Ginnesin rekordlar kitabından”, bunlara daxil olan maraqlı faktlarla tanış oldular. Hətta dini-müqəddəs kitablar haqqında da fikirlərini söylədilərBütün dəsr müxtəlif slaydlar və videolar üzərində qurulmuşdu. Dərsin sonunda bütün şagirdlərə ən gözəl hədiyyə- kitablar paylandı. Dərs Rusiya İnformasiya Mədəniyyət Mərkəzi əməkdaşları tərəfindən bəyənilib, Fəxri Fərmanla təltif olunub.