"Zəfər Günü"nə həsr olunmuş şeir müsabiqəsi

Bu gün məktəbimizin kitabxanasında 8 Noyabr Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizin  təlim tərbiyə işləri üzrə direktor müavini Ləman Məmmədova, Azərbaycan dili və Ədəbiyyat müəllimləri Şərqiyyə Hüseynova, Şövkət İsgəndərova, 5-7 sinif şagirdləri iştirak etdilər. Müsabiqə iştirakçıları vətənpərvərlik mövzusunda, 44 günlük müharibə haqqında şeirlər səsləndirdilər. I yerin qalibi 5c sinif şagirdi Məsumə Rzayeva, ll yerin qalibi 7b sinif şagirdi Leyla Abdilova, lll yerin qalibi 6a sinif şagirdi Nuray Kazımova oldular. Müsabiqəni məktəbin kitabxanaçıların Məhəbbət Hüseynova və Lətafət Şərifova təşkil etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi