Şəhid Məzunumuz Eltun Qasımovun Anım Günü tədbiri təşkil olundu.

44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin hər biri Azərbaycan tarixində öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdılar.

Bu qəhrəmanlıq dastanının qəhrəmanlarından biri də Nizami rayonu 250 №li məktəbin məzunu Eltun Qasımovdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissədə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmişdir. Füzuli istiqamətində, daha sonra Cəbrayıl rayonunun və kəndlərinin azadlığı uğrunda, sonra Hadrut, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Ən sonda yenidən Füzuliyə gəlir və burada şəhid olur.

Eltun şəhidlik zirvəsinə ucalır. Bu gün adı dillər əzbəri olan Eltunun ruhu vətənimizin göylərində dolanır. Hər il məktəbimizdə şəhid Eltunun əziz xatirəsinə həsr edilmiş tədbir keçirilir. Şagird və müəllimə heyəti bu il də şəhid Eltunun xatirəsinə həsr edilmiş “Qalib Azərbaycan xalqı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirirlər.

Tədbir itirakçıları öncə şəhidin abidəsini ziyarət ediblər.

Tədbirin sonunda Nizami Rayonu İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Yeni Azərbaycan Partiyası Nizami rayonu təşkilatının sədri Ramil Vəlibəyov, 250№li tam orta məktəbin direktoru Gülanə Əliyeva və şəhidin atası Vüqar Qasımov çıxış edirlər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi