Məktəbdə Bilik Günü keçirilib

Salam, doğma məktəb, xoş gördük səni.

Bir neçə aylığa qoynundan ayrılmışdıq.

Buyur,qəbul elə bizi!

 

Bilik Günü məktəb həyatına qədəm qoyan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən, xüsusi qayği və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata - məktəb həyatına qədəm qoyacaqlar.

Son illər ölkəmizdə gedən təhsil islahatları və bu yeniliklərin uğurlu nəticələri, təhsilə dövlət tərəfindən böyük qayğı və diqqətin  təcəssümüdür.

Cənab prezident İlham Əliyev Ümummilli liderimizin əsasını qoyduğu elm və təhsil ənənələrini uğurla davam etdirir. Ölkəmizdə dünyanın mütərəqqi təhsil sistemlərinə uyğun təhsil islahatları keçirilir.

Bu əlamətdar gün məktəbimizdə xüsusi təntənə ilə qeyd olundu. Əvvəlcə dövlət himni səsləndirildi, daha sonra məktəbə yeni təyin olunmuş direktor Gülanə Əliyeva çıxış edərək şagirdlərə uğurlar arzuladı.

Eyni zamanda BŞTİ-nin nümayəndələri Sevinc Rəsulova, Nicat  Əliyev və Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Könül İsmayılova da tədbirdə iştirak etdilər. Birincilər öz mahnı və rəqsləri ilə göz oxşadılar.

Sonda birinci zəngi səsləndirmək hüququ birincilərə verildi.

İnanırıq ki, Bilik Günü onların yadında təkcə böyük hadisə kimi qalmayacaq, həm də gələcək həyatın uğurlu başlanğıcı olacaq.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi