IV siniflərin buraxılış günü

2022-2023-cü tədris ilində məktəbimizdə 4 sinif ibtidai təhsil səviyyəsinə yekun vurur. İbtidai təhsilin məqsədi şagirdlərə oxu,yazı,dinləyib anlama,danışma,hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə,dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan,cəmiyyət və təbiət haqqında ilkin biliklər formalaşdırmaqdan,sadə əmək vərdişlərinə yiyələnməsinə nail olmaqdan ibarətdir.İbtidai təhsil təhsilin elə bir səviyyəsidir ki, bu dövrdə şagirdlərə akademik biliklərdən daha çox həyati bacarıqlar aşılanır. Onlarda sevgi,hörmət,vicdan kimi hisslər,bədii-estetik keyfiyyətlər formalaşdırılır. Məhz məktəbdə,sinifdə bu cür situasiyaların yaradılması ibtidai sinif müəlliminin üzərinə düşür. Şagirdlər üçün ən əlçatmaz,doğma insan onun ilk müəllimi olur. Müəllimdə gördüklərini təkrarlamaq,ona bənzəmək istəkləri…Ona görə də, sevincini,kədərini bölüşdüyü müəllimdən ayrılmaq,ibtidai sinfi bitirmək şagirdlərimiz üçün elə də asan deyil. Hansı sinifdə,hansı müəllim qarşısında şagird kimi yolunu davam etdirməsindən  asılı olmayaraq bugün ibtidai sinifdə öyrəndiyiniz vacib mənəvi keyfiyyətləri heç zaman itirməyəsiniz. Yolunuz,həyatınız daim işıqlı olsun Əziz Dördüncülər!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi