Hüquqlarımızı bilək

 

09 iyun 2023-cü il tarixdə məktəbimizdə Nizami Rayon İcra Hakimiyyətinin ,Nizami Rayon Mədəniyyət Mərkəzinin və 250 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə  ”18 İyun İnsan Hüquqları Günü” münasibəti ilə “Hüquqlarımızı bilək”adlı tədbir keçirildi.Tədbir dövlət himninin ifası ilə açıq elan olundu.Məktəblilərin ifasında insan hüquq və azadlıqlarının qorunması istiqamətində səhnəcik nümayiş etdirildi.Tədbirin bədii hissəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman) aparatının məsul əməkdaşı Azər İsalı çıxış edərək Azərbaycanda insan hüquqları gününün tarixindən və əhəmiyyətindən danışdı.Daha sonra Nizami Rayonu İcra Hakimiyyətinin məsul işçisi Mürvət İbrahimov çıxış edərək Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində dövlətin atdığı addımlardan danışdı.Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva uşaqların ifasında insan hüquqlarına aid təqdim edilən səhnəciyin uğurlu olmasını və uşaqların yaddaşında bu tədbirin izlər buraxacağını bildirdi.Sonda məktəbin direktoru Səkinə Hüseynova uşaqlara tədbirdə iştirak etdiklərinə görə və şagirdlərin ifasında hazırlanan tamaşanın uğurlu alınmasında kollektivə təşəkkür etdi.Tədbiri hazırlanmasında  tarix müəllimi Kərimova Zülffiyyə və Azərbaycan dili-ədəbiyyat müəllimi Məmmədova İradə dəstək göstərmişlər.Tədbirin iştirakçıları aşağıdakı şagirdlərdir.

Tanrıverdiyeva Aysu

Həşimova Duyğu

Qurbqanova Əminə

Əmirli Hatəm

Cumazadə Esmiralda

Cümşüdlü Yağmur

Abdullayeva Duyğu

Hacıyeva Gülnurə

Fərəcova Aytac

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi