“Tarix yaradan şəxsiyyət”

 Heydər Əliyev sarayında məktəblilərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçirilib.

Konsertdə məktəbin direktoru Səkinə Hüseynova və 7a sinfinin sinif rəhbəri Zülfiyyə Kərimova şagirdləri ilə iştirak etmişdir

Tədbirdə məktəblilər ulu öndərin ən sevdiyi mahnıları səsləndirib, həmçinin Heydər Əliyevə həsr olunan bədii qiraət və digər ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdiriblər.

Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası və digər incəsənətyönümlü təhsil müəssisələrinin şagirdləri çıxış ediblər. Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarxlar da nümayiş olunub.

Konsertdə millət vəkilləri və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, Vətən müharibəsi şəhid övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi