Dahi şəxsiyyət

08.05.2023-cu il tarixində məktəbimizdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Dahi şəxsiyyət" adlı tədbir keçirilmişdir.

Tədbirdə ümummilli lider haqqında videoçarx, şagirdlərin dahi şəxsiyyətə həsr edilmiş şeirləri səsləndirildi.

Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlıları mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. O öz həyatını xalqının , vətəninin yolunda fəda etdi

Bütün bunları şagirdlər hazırladıqları tədbirdə əks etdirməyə çalışmışdılar.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mürvət İbrahimov iştirak etmişdir.

Ulu öndırimizi dərin hörmətlə yad edirik!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi