Tarix aylığı

Məktəbimizdə tarix aylığı davam edir.Bu dəfə məktəbimizin 5a sinif şagirdləri və tarix müəllimi Solmaz Əhmədova Lütfi Zadə irsinin işığına toplaşdılar.

Dünya elm tarixində dönüş yaradan,Qeyri-səlis məntiq nəzəriyyəsi ilə sanki elm dünyasının məhvərini dəyişən Lütfi-Zadənin həyatı,elmi ixtiraları şagirdlərin tədqiqat obyektinə çevrildi:

  Lütfi-Zadənin həyatı, uşaqlıq arzuları,təhsil aldığı ali-təhsil ocaqları haqqında ətraflı bilgilər təqdim edildi.

Adı Enşteyinə,Nyuton, Venmer ilə bərabər çəkilən Lütfi-Zadənin elmi irsi – Qeyri səlis məntiq nəzəriyyəsi,uşaqlar tərəfindən xüsusi maraqla qarşılandı.

Məişətimizə daxil olan tozsoran,rəngli televizor,paltar yuyan maşın,foto-aparatlar haqqında məlumatlarla yanaşı uşaqlar öz əl işlərini də təqdim etdilər.Şagirdlərin hamısı yeni nəsil komputerlər,süni intellektə malik robotlar,sürücüsüz idarə edilən qatarlar və avtomobillər haqda məlumatları sevə-sevə fikirlərini çatdırdılar.

Azərbaycan elm tarixində mühim rol oynayan F.Rəşiddədin,N.Tusi,Y.Məmmədəliyev,M.Topçubaşovun fəaliyyətini diqqətə çatdırdılar və onların fəaliyyətini Lütfi Zadənin elmi ixtiraları ilə müqayisə etdilə

Elmin vətəni olmasa da,alimin vətəni var.Bu səbəbdəndir ki,elmini dünyaya nəşini isə Azərbaycana etibar edən Lütfi Zadənin xatirəsi xalqımız və dövlətimiz tərəfindən xüsusi qayğı ilə yad etdilər.Lütfi  Zadənin 100 illiyi münasibəti ilə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki -Humanitar liseyə Lütfi Zadənin adı verildi.Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya xatirə lövhəsinin vurulmasını təmin etdi.

Nümunəvi dərsdə məktəbin direktoru Hüseynova Səkinə,direktor müavinləri Əliyeva Lamiyə, Məmmədova Ləman və tarix,coğrafiya müəllimləri iştirak etdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi