Müzəffər ordu və güclü diplomatiya-Zəfər yolumuz

           Mən sevimli prezidentimiz İlham Əliyevin son günlər siyasi gündəmdəki fəaliyyətinə,müxtəlif ölkələrin müxbirləri ilə müsahibələrinə qulaq asanda bir daha aydın  başa düşürəm ki, bizim müharibəmiz yalnız ön cəbhədə deyil. Biz yalnız döyüş bölgəsində canımız ,qanımız bahasına döyüşmürük...Biz həm də informasiya cəbhəsində,diplomatiya savaşında zəkamız və məntiqimizlə döyüşürürük...Bir tərəfdə müzəffər ordumuz bir tərəfdə İlham Əliyev...   Rus, ingilis və türk dillərində sərbəst danışan,  yüksək intellektual biliyə malik olan,cəsarətli cavabları ilə qarşı tərəfi susdurmağı bacaran prezidentimizlə  qürur hissi duyuram.   Belə dəyanətli, qətiyyətli dövlət başçımız,güclü ordumuz, qədirbilən xalqımız olduğu  üçün özümü çox xoşbəxt hiss edirəm...                                                                                

          Yaxın günlərdə Prezidentimizin  Fransanın  “Figaro”qəzetinin müxbiri ilə müsahibəsinə  baxanda bir tərəfdə Ali baş komandanımızın qətiyyətli cavablarına sevindimsə,bir tərəfdən də haqlı harayımıza susqunluqla baxan soyuqqanlı vicudlara ,uşaq ölümünə seyirçi qalan “kör dünyanın” iti qələmlilərinə ,haqqdan hüquqdan  danışıb bizə gələndə” lal  “olan diplomatlarına, həqiqəti görməzdən gələn “dil pəhləvanlarına” acıdım... Kifayət qədər yaşı və təcrübəsi olan müxbirin “buz kəsən”  sualları yadıma İkinci dünya müharibəsi illərini saldı...Onda Fransa da qərbi Avropanın əksər dövlətləri kimi Hitler  Almaniyasının işğalına məruz qalmışdı ...1940-cı ildən 1944-cü ilə qədər. Əsarətin nə demək olduğunu , Vətən itirməyin necə ağır olduğunu Fransızlar yaxşı  bilməlidirlər...    Müharibənin   isə  necə arzuolunmaz olduğunu hamı yaxşı bilir. Şəhid olmağı,şıkəst olmağı da hec kəs istəməz...Nədən bizim  öz Vətənimizi azad etmək istəməyimiz  Fransız jurnalisti tərəfindən“siyasi məqsəd”hesab edilir ? Yəqin  Fransalı müxbir Əhmədiyyə Cəbrayılovu da unudub. O  Azərbaycanlı qəhrəman isə  Fransada əsir düşərgəsindən qaçıb “Armed Mişel” yaxud Xarqo ləqəbi ilə partizan hərəkatında iştirak edib.1944-cü ildə Fransanın Rodzen  şəhərinin azad olunmasında iştirak edib .Fəxri Legion  ordeni ilə təltif olunub.Paradda generaldan öndə getmək haqqı qazanıb. Ona bu adı verən də, bu haqqı verən də Fransa dövləri olub.Həmcinin   Ə. Cəbrayılov digər bir Azərbaycanlı D. Abdullayev ilə birlikdə “Hərbi Xaç”ordeni ilə də təltif olunub...Belə qəhrəmanlarımız cox olub...Onlar Fransanın  azad olunması ücün canlarından kecib .Fransız  müxbiri isə qərəzli ,dolaşıq suallar ilə  beyinləri qarışdırır. Biz bu gün  tək Fransadan deyil bütün dünya birliyindən bir şey istəyirik  bizim haqq işimizə kölgə salmasınlar...Sentyabrın  27 –dən Azərbaycana qarşı hərbi hücuma kecən ermənı quldurlarına  “özgə torpağından cıx desinlər”.Xəyənətkarlara  “Terordan əl cək” desinlər.” Gəncənin,Bərdənin dinc əhlisinin nə gühahı var?” desinlər.  İstəyirik ki, dünya bilsin bizim işimiz haqq işidir  biz nə işğalcı,nə də terrorcu deyilik.Bir daha dünya ictimayətinə səslənərək bildiririk ki ,ermənilərin cinayət əməllərinə  laqeyd qalmasınlar,cəbhə bölgəsindən uzaqda olan dinc əhaliyə qarşı  törədilən terrora, uşaq ölümünə səbəb olan nankor ermənilərə layiq olduğu cəzanı versinlər. Xalqımız da,ordumuz da, Prezidentimizlə  birlikdə  tezliklə döğma Qarabağımızın azad olacağına,şəhidlərimizin və günahsız mülki əhalinin  qisasının alımasına ,ölkəmizdə sülh və əmin – amanl ğın bərqərar olacağına  inanırıq .Erməni vandalladının viran qoyduğu doğma  Vətən torpağı yenidən gülüstana  cevrıləcək.

 

Solmaz Əhmədova

Nizami rayonu, 250 nömrəli tam orta məktəbin tarix müəllimi

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi