“Bahar nəfəsli şair” adlı tədbir keçirildi

13 aprel 2016-cı il tarixində saat 12:00-da Nizami rayon MKS-nin 2 saylı filialında görkəmli Azərbaycan şairi S.Vurğunun anadan olmasının 110 illiyi ilə əlaqədar “Bahar nəfəsli şair” adlı tədbir keçirildi. Tədbirdə MKS-nin kollektivi, rayonun 250 saylı tam orta məktəbinin şagirdləri və müəllimləri iştirak etdi. İlk öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə MKS-nin metodika –biblioqrafiya şöbəsinin müdiri S.Nağıyeva açaraq iştirakçıları salamladı. MKS-nin 2 saylı filialının müdiri R.Şirinova və kitabişləmə şöbəsinin baş kitabxanaçısı Ə.Rüstəmova öz çıxışlarında şairin pyeslərinin Azərbaycan sovet dramaturgiyasında , xüsusən də teatrında diqqətə layiq mövqeyindən, S.Vurğunun dramlarından, başqa sözlə desək, bu pyeslərin müxtəlif görüşlü qəhrəmanlarının bir-biri ilə ideya mübarizəsi aparmasından söhbət açdılar. Tədbirdə “Bahar nəfəsli şair” adlı sərgi təşkil olunmuşdur.Tədbirin sonunda 2 saylı filialın müdiri R.Şirinova tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Şairin zəngin yaradıcılığının geniş oxucu kütləsinə çatdırmağı bir daha tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi